Əxlaqsızları müharibəyə göndərəcəyik!

10 Oktyabr 2024 17:06

Qanuna hörmət etmirsinizsə, ya cəzasına uyğun maksimum müddətə həbs olunun, ya da müqavilə imzalayın və xüsusi hərbi əməliyyat zonasına gedin. İnzibati məsuliyyətə cəlb edilməkdənsə, qanun pozucularının Rusiya qoşunlarının sıralarında xidmətə göndərilməsi daha məqsədəuyğun olardı.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov deyib.

"Nəzərə alsaq ki, 2500 nəfərlik yeni alay formalaşdırırıq, bu, məqsədəuyğundur. Hər kəs üçün yer tapılar. Bu, boş, əxlaqsız həyat tərzi keçirən, avtomobilini istənilən yerdə saxlayan, narkotik vasitələrin təsiri altında sükan arxasına keçən, yol hərəkəti qaydalarını pozan, münaqişələr yaradan gənclərə şamil olunacaq", - o bildirib.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun