Ölkəmizdə bu sosial şəbəkəyə girişdə problem yarandı

10 Oktyabr 2024 17:02

Azərbaycanda X sosial şəbəkəsinin fəaliyyətində problemlər var. İstifadəçilər bildirirlər ki, iki gündür bu sosial şəbəkəyə girişdə çətinliklə üzləşirlər.

Milli.Az xəbər verir ki, Elektron Təhlükəsizlik Xidmətindən Trend-ə məsələnin araşdırıldığı bildirilib.

Qeyd edək ki, ölkə ərazisində X sosial şəbəkəsinə kompüterlərdən giriş etməkdə çətinliklər müşahidə olunmaqdadır.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun