80 yaşlı kişi cənazəsində dirildi - VİDEO

10 Oktyabr 2024 20:57

Türkiyədə ağılasığmaz hadisə yaşanıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, vəfat edən 80 yaşlı Halit Bayşu üçün Ayvansaray Hacı İlyas Yatağan məscidində cənazə namazına hazırlıq görülüb.

Lakin namazdan əvvəl tabuttan səslər gəlməyə başlayıb.

Yasda iştirak edənlər bundan şoka düşüb. Hadisə yerinə tibb işçiləri çağırılıb. Onlar tabutdakı adama ürək masajı edərək xəstəxanaya aparıblar. Lakin Bayşu orda vəfat edib.

Ayvansaray məhəllə muxtarı Galip Akçay bildirib ki, tabutdan səs gəldiyini ona ilk Bayşunun qızı deyib.

"Qızı mənə dedi ki, tabutdan səs gəlir. Qulaq asmaq üçün əyiləndə səs eşitdim. Təcili yardıma zəng etdilər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun