Bu xəstəxananın direktoru işdən çıxarıldı

10 Oktyabr 2024 16:45

Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.

Milli.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Əmr imzalayıb.  

Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın direktoru vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin müavini, 2019-2020-ci illərdə isə direktorun müavini vəzifəsində işləyib.

Xatırladaq ki, ötən ay Ağsu Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Hemodializ şöbəsinin rəisi Talıbov Arif Atalı oğlu, həmin şöbədə həkim-nefroloq vəzifəsində işləmiş Soltiyev Ehtibar Şükrulla oğlu və digərlərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun