Ədəbiyyat üzrə nobelçi kimdir? - Dosye

10 Oktyabr 2024 16:14

Xəbər verdiyimiz kimi, bu gün cənubi koreyalı yazıçı Han Qon 2024-cü il Nobel Mükafatına layiq görülüb.

Milli.Az kult.az-a istinadla xəbər verir ki, bu Cənubi Koreyanın ədəbiyyat üzrə qazandığı ilk Nobel mükafatıdır.

Han Qon 1970-ci ildə Kvancu şəhərində anadan olub.

Seuldakı nüfuzlu Yonsey Universitetində Koreya ədəbiyyatı üzrə təhsil alıb. İlk romanı "Katorqaçının məhəbbəti" 1995-ci ildə nəşr olunub.

2016-cı ildə "Vegeterian qadın" romanına görə "Bukerov" beynəlxalq mükafatına layiq görülüb. Bu roman həm də onun ingilis dilinə tərcümə olunan ilk əsəridir.

2021-ci ildə yazdığı "Mən vidalaşmıram" romanı ən yaxşı xarici əsər kimi 2023-cü il Fransanın Mediçi Mükafatını alıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun