Bakının məşhur məktəbinə direktor təyin olundu

10 Oktyabr 2024 15:28

132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

Milli.Az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, müvafiq əmrə əsasən, Aygün Mikayılova 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

Qeyd edək ki, A. Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə "Əməkdar müəllim" adına layiq görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun