90 il yaşadı, maşın vurub öldürdü...

10 Oktyabr 2024 14:53

Oktyabrın 8-i Gəncədə avtomobil piyadanı vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  hadisə şəhərin N. Nərimanov prospektində baş verib.

Heydərov Rəşid Musa oğlu idarə etdiyi avtomobillə 90 yaşlı Məmmədov Daşdəmir Məmməd oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən oktyabrın 9-u xəstəxanada ölüb.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun