"Əksər qadınlar özünə hörmət qoymur. Bu, bütün qadınlara şamil olunmur. Nə gəldi danışan, hərəkətini bilməyən, həyat tərzi bərbad olan qadınlar az deyil. Bu qadınlar da özünə hörmət qoymur".
Milli.Az bildirir ki, bu fikirləri "Vəfa" Sosial Problemlərin Həllinə Dəstək İctimai Birliyinin sədri, müəllim Fatimə Hacıbəyli "Yeni Sabah"a psixoloq Samirə Bağırovanın "Azərbaycan qadını dəyərsiz, özünə hörmət etməyən bir varlıqdır" başlıqlı açıqlamasına şərh edərkən bildirib və fikirlərinə belə davam edib:
"Ancaq güclü, özünə inanan, özünə hörmət edən qadınlarımızda az deyil. Bu xanımlar davranışı, həyat tərz, tərbiyəsi ilə insanlara nümunə olur".
Müsahibimiz qeyd edib ki, bəzi qadınlar öz həmcinslərinin uğur qazanmaması üçün əllərindən gələni edirlər:
"Belə bir deyim var ki qadının ən böyük düşməni elə qadındır. Bu əbəs yerə deyilməyib. Bəzi xanımlar öz həmcinsini alçaltmaq, onun yüksəlməməsi üçün hər cür addım atırlar. Qadın qadının həm dostudur, həm də düşməni".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun