14:42
Rusiyanın Xalq artisti Alla Puqaçova ölkəsindən təxminən 20 milyon dollar dəyərində olan əntiq əşyaları, o cümlədən 16-19-cu əsrlərə aid sənət əsərlərini çıxarmağa çalışıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Qiymətli əsərlər arasında müasirləri Leonardo da Vinçi və Rembrandtın rəsmləri olub.
Əşyaların və əsərlərin sənədlər paketi natamam çıxdığı üçün gömrük rəsmiləri oinların ölkədən çıxarılmasına icazə verməyib.
-------------
2024.10.10
Rusiya estradasının əfsanəsi, SSRİ Xalq artisti Alla Puqaçova təxminən 20 milyon dollar dəyərində qiymətləndirilən antik əşyaları xaricə keçirməyə cəhd edib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "Shot" telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, sənət əsərləri arasında Rembrandt və Da Vinçinin rəsmləri də var.
Bildirilib ki, ötən il 75 yaşlı müğənninin nümayəndələri antik əşyaların inventarını tərtib ediblər. Maksim Qalkinin adına rəsmiləşdirilən qiymətli yük Şeremetyevo hava limanından göndərilməli imiş. Lakin gömrükdə natamam sənədlər paketi təqdim edilib. Buna görə də rəsmlər, kitablar və digər əşyalar olan qutuların göndərilməsindən imtina edilib. Kolleksiyaçılar Puqaçovanın kolleksiyasını 20 milyon dollar dəyərində qiymətləndiriblər.
Mütəxəssislərin fikrincə, qədim sənət əsərləri arasında 16-17-ci əsrlərə aid muzey eksponatları da var ki, onları hərraclarda külli miqdarda pula satmaq olar. Məsələn, Leonardo da Vinçinin müasiri Domeniko Puliqonun əsəri hərracda qiyməti 1 milyon dollardan başlayır.
Qeyd edək ki, keçən il Alla Puqaçova Rusiyaya azı iki dəfə, 2023-cü ilin mayında modelyer Valentin Yudaşkinin dəfn mərasiminə və noyabrda Tverdəki səsyazma studiyasına gəlib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun