Putin onu səfir vəzifəsindən azad etdi

10 Oktyabr 2024 13:30

Rusiyanın ABŞ-dəki səfiri Anatoliy Antonov vəzifəsindən azad edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Sərəncam imzalayıb.

Rusiya KİV-in məlumatına görə, Antonov bu həftə sonu Moskvaya qayıdıb.

O, 2017-ci ildən bu vəzifəni icra edib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun