Şəhid atası vəfat etdi - FOTO

10 Oktyabr 2024 09:48

Vətən müharibəsi şəhidi Əli Qəmbərovun atası vəfat edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  Mahir Qəmbərov ötən gün yaşadığı Cəlilabad rayonunda dünyasını dəyişib.

Qeyd edək ki, Əli Qəmbərov 2002-ci ildə anadan olub. 2020-ci il oktyabrın 6-sı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun