10 ildən sonra yenidən bərabər efirdə - Duyğusal anlar - VİDEO

10 Oktyabr 2024 09:39

ATV-də yayımlanan "Rəngarəng" verilişində maraqlı anlar yaşanıb.

Milli.Az xəbər verir ki, rejissor Kənan MM (Mahmudov) aralarında çəkiliş prosesi zamanı soyuqluq yaranan Aqil M. Quliyevlə bərabər eyni efirə çıxıb.

10 ildən sonra ilk dəfə efirdə birgə görünən rejissorlar aralarındakı buzları əridiblər.

Hər zaman Aqilin fanatı olduğunu deyən Kənanın onunla görüşərkən kövrəlməsi diqqət çəkib.

Sözügedən kadrları təqdim edirik:

Hüseyn 
Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun