“Aparıcılar verilişlərdə söz tapmırlar danışmağa” - VİDEO

10 Oktyabr 2024 09:58

Aparıcı Mətanət Əliverdiyeva Əməkdar artist Gövhər Rzayeva ilə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən bildirir ki, Mətanət aparıcısı olduğu "Xəzər axşamı" verilişində qonaq etdiyi qarmon ustadının davamlı şəxsi həyatından danışmasını "sorğu-sual" edib.

Əliverdiyeva "Saytlar sizin verilişlərdə danışdıqlarınızı götürüb, şəklinizi qoyur və sizin fikirlərinizi yazır. Bilmirəm niyə görə aparıcılar sizə eyni sualları verir, məni çıxmaq şərti ilə... Həyatınızla bağlı sizə suallar verirlər. Halbuki siz bu haqda dəfələrlə danışmısınız. Ərinizlə bağlı da açıqlamalar vermisiniz. Amma olmaz belə... Bu xanım da o qədər yeniliklər var ki... Bu xanım başdan-ayağa yenilikdir" sözlərini söyləyib.

Aparıcının bu fikirlərinə G.Rzayeva belə cavab verib:

"Onlar söz tapmırlar danışmağa. Mənə aparıcılar verilişdə sual verirlər. Məndə onlara cavab verirəm. Onlara dəfələrlə deyirəm ki, bu haqda başqa verilişlərdə danışmışam amma deyirlər ki, yenə danış. Özüm də bundan narazıyam. Eyni şey haqqında nə qədər danışmaq olar. Bezirəm. Deyirlər ki, aşığın sözü qutaranda, yarım-yarım deyir. O aparıcılar da elədir".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun