Əməkdar həkim xəstəlikdən vəfat etdi - FOTO

10 Oktyabr 2024 09:02

Azərbaycanın Əməkdar həkimi Tərifə İskəndərova vəfat edib.

Bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Qeyd edilib ki, o, xəstəlikdən dünyasını dəyişib.

Məlumata görə, T.İskəndərova bir müddətdir müalicə olunduğu Türkiyədəki xəstəxanaların birindən bir neçə gün əvvəl evə buraxılıb və o, ölkəyə qayıdıb.

Qeyd edək ki, T.İskəndərova uzun illər Binəqədi rayonu 9 saylı qadın məsləhətxanasının baş həkimi vəzifəsində çalışıb. 2018-ci ildə "Əməkdar həkim" fəxri adına layiq görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun