15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi

10 Oktyabr 2024 08:38

İranda 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verilib.

Milli.Az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bu barədə İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bəyan edib.

O, ölkədə hamiləlik üçün yaş həddi aradan qaldırıldığını bildirib. Nazirin sözlərinə görə, artıq ölkədə hamiləlik üçün yaş həddi 15-49 arasındadır.

İranlı rəsmi gənclərin evlənməsi üçün xüsusi ödənişlərin nəzərdə tutulduğunu da qeyd edib.

Ə.Rəisi, həmçinin tibb kitablarında yeniyetmə qızlar üçün istifadə edilən "yüksək riskli hamilə analar" ifadəsinin çıxarılaraq "xüsusi qayğıya ehtiyacı olan" analar ifadəsi ilə dəyişdiriləcəyini vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun