Əfsanəvi Elvis Preslinin yeganə qızı və Maykl Ceksonun keçmiş həyat yoldaşı Liza Mari Presli "Buradan böyük naməluma" adlı xatirələrində pop musiqisinin kralı haqqında gözlənilməz təfərrüat paylaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ən şokedici faktlardan biri Maykl Ceksonun 35 yaşına qədər bakir olduğunu etiraf etməsi olub.
Liza Presli musiqiçi ilə münasibətə başlamağa hazır olduğuna qəti qərar verdiyi günü xatırlayıb. Həmin vaxtlar o, hələ aktyor Denni Kio ilə evli olub.
"Maykl dedi: "Bilmirəm fərqinə varmısan, ya yox, amma mən sənə vurulmuşam. İstəyirəm ki, evlənək və məndən uşaqların olsun". Mən dərhal heç nə demədim, amma sonra cavab verdim: "Çox məmnunam, hətta danışa bilmirəm". O vaxta qədər mən də ona vurulduğumu hiss etmişdim", - deyə Liza Mari bildirib.
Onun sözlərinə görə, Ceksonun həmin vaxtlar yaşı çox olsa da, heç bir qadınla intim əlaqəsi olmayıb:
"Düşünürəm ki, o, Tatum O'Nil və Bruk Şildslə öpüşüb, Bruk Şildslə, həmçinin eşq macərası da olub. O dedi ki, Madonna bir dəfə onunla yatmağa cəhd edib, amma heç nə baş verməyib... Mən dəhşətə gəlmişdim, çünki səhv addım atmaqdan qorxurdum", - deyə Presli əlavə edib.
Qeyd edək ki, Maykl Cekson və Liza Mari Presli 1994-cü ildə - ilk görüşdən 20 ay sonra evləniblər. Onların nikahı cəmi 2 il davam edib, lakin hər ikisinin həyatında silinməz iz buraxıb. Boşanmalarına baxmayaraq, onlar Ceksonun 2009-cu ildə faciəli ölümünə qədər dostluq münasibətlərini qoruyub saxlayıblar.
Xatırladaq ki, Elvisin yeganə varisi 2023-cü ilin əvvəlində 54 yaşında vəfat edib. Səbəb - mədəkiçiltmə əməliyyatından sonra yaranan bağırsaq yapışmaları olub. Baş verənlərdən sonra qızı Rayli Kio anasının xatirələrinin səs yazılarını dinləyərək onun memuarlarını tamamlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun