"Qərb dövlətləri Ukraynada insan haqları problemləri və hökümətin xalqına qarşı cinayətləri barədə açıq danışmaq əvəzinə susur".
Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT- dəki diplomatik missiyasının birinci katibi İlya Barmin deyib.
"Ukraynada insan hüquqlarının müdafiəsi problemlərindən açıq danışmaq və onların həlli yollarını axtarmaq əvəzinə, Qərb ölkələri əslində Rusiya üzərində qələbə arzusu naminə Kiyevə öz xalqını məhv etmək "lisenziyası" verib. Beləliklə, Qərbin özü Kiyevin törətdiyi cinayətlərin şərikinə çevrilir" - diplomat qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun