İsrail Suriyda Əzəm Cahutu məhv etdi

10 Oktyabr 2024 07:44

İsrail aviasiyası Hizbullah təşkilatının silahlı birləşmələrinin üzvünü məhv etmək məqsədilə Suriya ərazisinə zərbələr endirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələri Əl-Kuneytra şəhəri ərazisində Əzəm Cahutu zərərsizləşdirib.

Belə ki, o, Hizbullahın hücrəsi sayılan və Qolan yüksəkliklərində fəaliyyət göstərən yerli terror şəbəkəsində iştirak edirmiş.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun