Türkiyə məhbuslarla bağlı hesabatı Rusiyaya göndərdi

10 Oktyabr 2024 07:36

Türkiyə Ukraynada əsir götürülmüş rusiyalıların ziyarət edilməsi ilə bağlı hesabatın bir hissəsini Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkovaya göndərib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin ombudsmanı Şərəf Malkoç bildirib.

"Ukrayna həbsxanalarında saxlanılan rusiyalı hərbi əsirləri ziyarət etdik. Səfərin nəticələrinə əsasən hesabat hazırlandı, sənədin bir hissəsi Rusiyanın insan hüquqları üzrə müvəkkilinə göndərilib", - Malkoç qeyd edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun