İsrail və Yaponiyanın xarici işlər nazirləri İsrail Katz və Takeşi İvaya telefonla Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Katz bu haqda "X" hesabında yazıb.
O, həmsöhbətinə İranın raket hücumu fonunda Tokionun dəstəyinə görə minnətdarlığını bildirib.
Katz İrana qarşı sanksiyaların sərtləşdirilməsinin vacibliyini qeyd edib:
"Mən İranın nüvə proqramını və terrorizmə dəstəyini dayandırmaq üçün ona qarşı sərt sanksiyaların tətbiqinin vacibliyini vurğuladım. Yaxın Şərqdə vəziyyəti sabitləşdirməyin və bütün sakinləri üçün iqtisadi inkişafı təmin etməyin yeganə yolu İrana qarşı qətiyyətli mövqe tutmaq və ona təzyiqləri artırmaqdır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun