Meyxanaçı Balaəli Maştağalı "Rəngarəng" verilişinin qonağı olub.
Milli.Az xəbər verir ki, o, efirlərin birində muğam oxumasının yaratdığı müzakirələrdən danışıb.
Söz ustası muğam ifaçısı, Xalq artisti Zabit Nəbizadə efirdə əsəbiləşərək onun muğam səsləndirməsinə etirazına cavabını verib:
"O, nə desə, böyüyümüzdür ,qəbul edərəm. Lap, burada oturub, üstümə qışqırsa da, heç nə demərəm. Gözəl sənətkardır, yaşca böyükdür. İçimdən gəlib oxumuşam.
Əslində muğam ifa etməyimiz sevindirməlidir. Bu da bir təbliğatdır. Burada pis bir şey görmürəm. Bizim dinləyicilərimiz də muğam eşidir".
Xatırladaq ki, meyxanaçılar Balaəli və Ruslan "Xəzər axşamı" verilişində muğam oxuyublar. Onların bu performansı sosial şəbəkələrdə müzakirələrə çevrilmişdi.
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun