Milli komandanın futbolçusu evində ölü tapıldı - FOTO

10 Oktyabr 2024 01:13

"Panatinaikos" klubu və Yunanıstan millisinin futbolçusu Corc Boldok evində ölü tapılıb. 31 yaşlı oyunçu evinin hovuzunda dünyasını dəyişib.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə "Sport24" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Boldok əvvəllər İngiltərədə "Şeffild Yunayted" klubunda çıxış edib. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirmişdi.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun