10.10.2024-cü il saat 10:00-dan etibarən Yasamal rayonunda yaşayış binasına təbii qazın verilməsi ilə əlaqədar qaz xəttinin mövcud şəbəkəyə qoşulması, "Qaz İxrac" İdarəsi tərəfindən "Şamaxı" QPS-də və saat 09:00-dan etibarən "Ucar" QPS-də yeni tənzimləyici qurğuların quraşdırılması məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Milli.Az-a "Azəriqaz" İB-dən bildirilib.
Qeyd olunub ki, təmir-quraşdırma işləri görülən müddətdə Yasamal rayonu üzrə Sosial Evlər yaşayış kompleksinin, Şamaxı rayonunun (Şamaxı şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 15 kəndinin) və Ucar rayonunun (20 kənd) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun