SEPAH generalı israr edir: F-35-ləri məhv etdik

10 Oktyabr 2024 00:38

İranın İsrailin hərbi obyektlərinə son raket hücumu İsrailin xeyli sayda F-35 qırıcısının məhv edilməsi ilə nəticələnib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandirinin müşaviri briqada generalı İbrahim Cabbari bugünkü mətbuat konfransında deyib.

İbrahim Cabbari iddia edib ki, İranın oktyabrın 1-də İsrailə atdığı raketlərin 90 faizi hədəfləri uğurla vurub.

O əlavə edib ki, raket hücumu zamanı SEPA paralel olaraq İsrail rejiminin hava hücumundan müdafiə sistemlərinə qarşı kibertəhlükəsizlik və elektron mübarizə əməliyyatları həyata keçirərək, raketlərin öz hədəflərini vurmasına şərait yaradıb:

"İranın ballistik raketləri İsrailin kritik bazalarını və F-35 qırıcılarının yerləşdiyi anqarları uğurla vuraraq, bu hərbi təyyarələrin əhəmiyyətli hissəsini məhv edib".

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin heç bir zərər çəkmədiyini və F-35 qırıcılarının birinin də vurulmadığını açıqlamışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun