Zəminə Abbasova bu xəstəxanaya baş həkim təyin olundu

9 Oktyabr 2024 22:34

Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.

Milli.Az unikal.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən 1968-ci il təvəllüdlü Abbasova Zəminə Adil qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Z.Abbasova bu təyinata kimi xəstəxanada Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun