"Neftçi"də növbəti ayrılıq - FOTO

9 Oktyabr 2024 20:22

"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisi Brayan Moreno ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Qeyd edək ki, bu ilin yanvarında transfer olunmuş Moreno "Neftçi"nin heyətində 18 rəsmi oyun keçirib, 4 qol vurub. Zədəli olduğu üçün onun adı bu mövsümkü iştirak ərizəsinə salınmamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun