Azərbaycanlı tələbələrdən maraqlı addım - qaraya büründülər - FOTO

9 Oktyabr 2024 19:28

Bir neçə gün öncə İstanbulda iki gənc qadının vəhşicəsinə qətlə yetirilməsindən sonra Türkiyədə başlanan etirazlara dəstək olmaq məqsədilə tələbələr dərslərə qara paltarlarla getməyə başlayıblar.

Milli.Az axar.az-a istinadən bildirir ki, sözügedən aksiyaya Azərbaycandan da tələbələr qoşulub.

Belə ki, Azərbaycan Tibb Universitetinin tələbələri Türkiyədəki yaşıdları ilə həmrəylik nümayiş etdirmək üçün universitetə qara paltar geyinib gediblər.

Sosial şəbəkələrdə yayılan həmin fotonu təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun