Deputat seçilən məmurun yerinə o, gətirildi

9 Oktyabr 2024 19:22

İlqar Cəfərov Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinə müdir müavini təyin edilib.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, o, daha əvvəl Milli Məclisin Aparatında Məxfi sənədlərlə iş sektorunun müdiri vəzifəsində işləyib.

Qeyd edək ki, 1962-ci il təvəllüdlü məmur ixtisasca hüquqşünasdır.

Xatırladaq ki, İqtisadi qanunvericilik şöbəsinin əvvəlki müdir müavini Rövşən Muradov sentyabrın 1-də keçirilən seçkidə deputat seçilib. O, parlamentdə 121 saylı Laçın seçki dairəsini təmsil edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun