Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbə müvəqqəti direktor təyin edilib.
Milli.Az modern.az-a istinadla xəbər verir ki, bu vəzifə Gülnarə Bəkirovaya həvalə edilib.
O bu vəzifəyə qədər məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 34 yaşlı gənc təhsil işçisi STEAM fənnini tədris edir.
Xatırladaq ki, məktəbin keçmiş direktoru Yaqut Əfəndiyeva ötən ay çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun