"Qızıl top" mükafatını bu futbolçu alacaq?

9 Oktyabr 2024 17:29

"Real"ın üzvü Vinisius Junior "Qızıl top" mükafatını alacağına əmindir.

Milli.Az Offsideplus.az-a istinadən bildirir ki, bu haqda məlumatı "Relevo" nəşri yayıb.

Vinger artıq mərasim üçün hazırlıqlara başlayıb. Vinisius Parisdə keçiriləcək tədbirə xüsusi yanaşır.

"Real" rəhbərliyi də bu mərasimə ciddi hazırlaşır. Tədbirdə Madrid təmsilçisinin üzvlərini müşayiət edəcək heyət yaradır.

Qeyd edək ki, tədbir oktyabrın 28-də keçiriləcək. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun