Sierra Leoneyə narkotik aparan gəmidə iki Azərbaycan vətəndaşı saxlanıldı

9 Oktyabr 2024 17:10

İki Azərbaycan vətəndaşı İstanbuldan Sierra Leoneyə yola düşən və narkotik maddələr daşıyan gəmidə saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 4 oktyabrda Atlantik okeanında Kanar adaları yaxınlığında Tanzaniya bayraqlı "RAS" adlı gəmidə İspaniya və Fransa təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatda təxminən 4 ton kokain ələ keçirilib. Əməliyyat zamanı 7-si Türkiyə, 2-si Azərbaycan, 1-i Hollandiya vətəndaşı olmaqla ümumilikdə 10 nəfər saxlanılıb.

Əlavə olunub ki, gəmi 28 iyulda İstanbuldan yola çıxıb. Əməliyyatın baş tutmayacağı halda gəminin Misirə gedəcəyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun