Rəşad Sadıqov Türkiyədə əməliyyat olundu

9 Oktyabr 2024 15:41

"Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov qasıq nahiyəsindən əməliyyat olunub.

Milli.Az xəbər verir ki, bu barədə "Report"a komandanın mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə məlumat verib.

Türkiyədə əməliyyat olunan 42 yaşlı mütəxəssisin durumu yaxşıdır.

Qeyd edək ki, "Zirə" Azərbaycan Premyer Liqasının X turunda, oktyabrın 20-də "Sabah"la qarşılaşacaq.
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun