"Görəsən mən 20 il əvvəlki Afət olsaydım, bu kişi mənim arxamca yenə belə sürünərdi?"
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bunu yeni boşanan müğənni Afət Fərmanqızı deyib.
Sosial şəbəkədə izləyiciləri ilə söhbətləşən sənətçi, keçmiş həyat yoldaşının ona hədə-qorxu gəldiyini bildirib:
"Xahiş edirəm ayrıldığım insanla bağlı mənə daha suallar verməyin. Allah onu da xoşbəxt eləsin. Düzdür, o hələ də məndən əl çəkmir. Düşünürəm ki, görəsən mən pulsuz qadın olsaydım, o yenə də məndən əl çəkməzdi? Gah məni hədələyir, gah da boş-boş iftiralar atır. Mən 20 il əvvəlki Afət olsaydım, bu kişi mənim arxamca yenə belə sürünərdi?".
Xatırladaq ki, bu Afət Fərmanqızının ikinci evliliyidir. O, Rusiyada yaşayan azərbaycanlı Mamed Nanacanovla ailəli idi. Müğənninin ilk evliliyindən isə bir oğlu var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun