Mərkəzi küçədə yeni avtobus zolağı çəkiləcək

9 Oktyabr 2024 14:59

Bakının Zərifə Əliyeva küçəsində yeni avtobus zolağı çəkiləcək.

Milli.Az "APA-Economics"-ə istinadən xəbər verir ki, bunu Azərbaycanda sərnişin mobilliyinin transformasiyası mövzusunda keçirilən tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

"Bu barədə layihə artıq hazırdır", - deyə A.Rzayev əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun