Onlar “Nobel” qazandı - FOTO

9 Oktyabr 2024 14:48

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2024-cü ilin kimya üzrə Nobel mükafatını Devid Beyker, Demis Hassabis və Con Camper qazanıblar.

Qaliblər öz mükafatlarını dekabrın 10-da Stokholmda rəsmi mərasim zamanı əldə edəcəklər.

Bildirilib ki, alimlər "protein strukturlarının kompüter modelləşdirilməsi", eləcə də "protein strukturlarının proqnoqlaşdırılması"na görə bu mükafata layiq görülüblər. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun