Avtomobil mağazaya çırpıldı - FOTO

9 Oktyabr 2024 12:13

Gəncə şəhərində avtomobil mağazaya çırpılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb.

İdarəetmədən çıxan "Mercedes" markalı avtomobil əvvəl ağaca, sonra isə mağazaya çırpılıb.

Qəza nəticəsində ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun