Yuxuda yağışda islanmaq necə yozulur?

9 Oktyabr 2024 11:55

Yuxuda yağış görmək adətən müsbət şəkildə yozulur. Yağış, bərəkət, bolluq, rəhmət və dincliyi təmsil edir. Yuxusunda yağış görən insanın həyatında müsbət inkişaflar ola bilər, sıxıntılardan qurtula bilər. Bu yuxu həm də insanın duyğusal dünyasında təmizlənmə, arınma və rahatlama deməkdir.

Əgər yağış sakit şəkildə yağırsa, bu insanın həyatında rahat və sakit bir dövrün yaxınlaşdığını göstərir. Güclü yağış və ya leysan şəklində yağırsa, insanın bəzi çətinliklərlə qarşılaşacağı, lakin bu çətinliklərin sonunda rahatlıq tapacağı kimi yozulur.

Milli.Az