İsrail hərbçiləri Livanın cənubundakı Marun ər-Rəs kəndində İran bayrağını götürərək, öz ölkələrinin bayraqlarını qaldırıblar.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Times of Israel" yazır.
İsrail sərhədindən bir kilometrdən az bir məsafədə yerləşən kəndin parkında SEPAH-ın "Qüds" briqadasının keçmiş komandiri Qasım Süleymaninin heykəli olub. Nəşr həmin parkın darmadağın edildiyini bildirir.
Bölgədəki son əməliyyatlardan sonra ərazidə İran bayrağı götürülərək, yerində İsrail bayrağı qaldırılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun