İsrail “İran bağı”nı məhv etdi

9 Oktyabr 2024 12:20

İsrail ordusu Livanın cənubunda Marun əl-Rəs bölgəsinə nəzarəti ələ keçirib və burada Tehran rejiminin inşa etdiyi "İran bağı"nı dağıdıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

2006-cı ildə İsrail sərhəddinin 400 metrliyində salınan bağda Xomeyni və Xameneinin böyük portretləri, Qasım Süleymaninin heykəli quraşdırılmışdı.

Portretlər və Süleymaninin heykəli də daxil olmaqla, İrana aid bütün nişanlar dağıdılıb, onların yerində İsrail bayrağı qaldırılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun