27 yaşlı müəllim vəfat etdi

9 Oktyabr 2024 10:33

Qusar şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Zərif Radəl qızı Zöhrabova vəfat edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib.

Qeyd olunub ki, o, işlədiyi 3 il ərzində məktəb kollektivinin nüfuzunu qazanmış, həm də şagirdlərin sevimlisinə çevrilə bilmişdi.

Dünən axşam saatlarında dünyasını dəyişən 27 yaşlı müəllim uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun