“Apple”dan bir ilk: “iPhone 16” modellərinin istehsal yeri dəyişdi

9 Oktyabr 2024 11:00

"Apple" şirkəti Hindistanda istehsalını genişləndirməyə davam edir.

Milli.Az lent.az-a istinadən bildirir ki, şirkətin "iPhone 16" modelləri ilk dəfə Hindistanda istehsal olunub.

"Apple" smartfon istehsalında mühüm addım ataraq ilk dəfə Hindistanda "iPhone 16 Pro" və "Pro Max" modellərinin istehsalına başlayıb.

Mütəxəssislər "Apple"ın 2024-cü ildə Hindistanda 12-12,5 milyon "iPhone" satacağını gözləyir.

Bu rəqəm 2023-cü illə müqayisədə təxminən 25 faiz artım deməkdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun