Bu dərmanlar əhaliyə pulsuz veriləcək - VİDEO

9 Oktyabr 2024 10:08

İcbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən olunacaq.

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Müşfiq Məmmədli "Xəzər Xəbər"ə bildirib.

Onun sözlərinə görə, İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı şəxsin tibbi yardım alması ilə bərabər, onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.

Qeyd edək ki, heç bir sui istifadə hallarına yol verməmək şərtilə bu istiqamətdə nəzarət mexanizmləri qurulacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun