Bu yolla cavan qalacaqsınız

9 Oktyabr 2024 10:23

İdman dedikdə ağlımıza adətən gəzmək, qaçmaq, futbol oynamaq və velosiped sürmək kimi fəaliyyətlər gəlir. Ancaq bizi fiziki cəhətdən sağlam saxlaya biləcək başqa bir əyləncəli üsul isə rəqsdir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, rəqs demək olar ki, hər kəsin zövq alacağı bir fəaliyyətdir. Rəqs edən birini seyr edəndə onun üzündə böyük təbəssüm görə bilərik.

Rəqs edərkən gülümsəmək və gülmək çox təbiidir. Bunun səbəbi, həqiqətən rəqs edərkən çox əylənməyinizdir. Həmçinin, rəqsin digər məşqlər kimi yaş məhdudiyyəti yoxdur. Hər yaşda olan insanlar rəqs edə bilərlər.

Çoxsaylı araşdırmalar göstərir ki, rəqslə məşğul olmaq Parkinson xəstəliyindən əziyyət çəkən pasiyentlərin hərəkət fəallığını xeyli artırır.

Rəqs bəzən depressiyanın qarşısını almağa kömək edir. Öyrəndiyiniz hər yeni rəqs hərəkəti ilə həm enerji səviyyəniz, həm də özünə inamınız artır. Davamlı rəqs zamanı insan kolori yandırır ki, bu da artıq çəkilərdən xilas olmaq üçün əla vasitədir.

Rəqs sosial fəaliyyətdir. Həmçinin rəqs etmək yeni insanlarla tanış olmağa imkan verir. Rəqs dərslərində iştirak sosial bacarıqlarınızı artırır. Fiziki məşq stressi və gərginliyi azaldırsa, rəqs ümumiyyətlə özünüzü yaxşı hiss etməyinizə səbəb olur.

"New England Journal of Medicine" jurnalında aparılan bir araşdırmaya görə, rəqs yaddaşı yaxşılaşdırır və yaşlandıqca demansın qarşısını alır. Tədqiqatlarla  sübut olunub ki, aerobik məşqlər beynin yaddaşa nəzarət edən hissəsi olan hipokampusun həcmini itirməsinin qarşısını alır.

Yaşlı iştirakçılar üzərində aparılan bir araşdırma göstərib ki, tez-tez rəqs etmək Alzheimer xəstəliyinin təsirlərini dayandırmağa kömək edir. Alzheimer xəstələrinin əvvəllər bildikləri musiqi sədaları altında rəqs edərkən unudulmuş xatirələrini xatırlaya bildikləri də müşahidə edilib.

Hazırkı araşdırmalar göstərir ki, rəqs də zəkanı artırır. Zəkanın mahiyyəti qərar qəbul etmək bacarığındadır. Zehni aydınlığı artırmaq üçün ən faydalı üsul tez qərarlar qəbul etməyinizi tələb edən fəaliyyətlərlə məşğul olmaqdır (saniyələr ərzində). Buna görə də, zəkanızı və yaddaşınızı inkişaf etdirmək üçün rəqs etmək çox faydalı olacaq.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun