Neftimiz ucuzlaşdı

9 Oktyabr 2024 10:05

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

Milli.Az xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,33 ABŞ dolları, yaxud 4,1 % azalaraq 79,58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün Azərbaycan nefti 82.91 dollara ticarət edilib.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun