Tələbələr üçün hazırlanan "vahid tələbə kartı"nın üstünlükləri nədir? - VİDEO

9 Oktyabr 2024 16:50

Oktyabrın 15-dən Azərbaycan "Vahid tələbə kartı"nın verilməsinə başlanılacaq. Tələbələr bu kartlar vasitəsilə 300-ə yaxın şirkətin güzəşt və endirimlərindən yararlanacaqlar.

Milli.Az xəbər verir ki, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib ki, əsas məqsəd tələbələrə xüsusi imtiyaz və üstünlüklərin verilməsidir.

Fondun sədri onu da qeyd edib ki, "Vahid Tələbə Kartları" gələcəkdə təhsilin bütün pillələri üzrə tələbə adına daşıyan şəxslərə veriləcək.

"Dünyada "fəlsəfə doktoru elmi" dərəcəsi olan adamların hamısı əsl alim deyil". Bu sözləri isə Elm və Təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda çıxışı zamanı bildirib. Nazir fikirlərini "tədqiqatı olmayan adamlar özlərinə alim dedikcə elm aşağı gedir" cümləsi ilə izah edib.

Qeyd edək ki, bu gün Gülüstan sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə "Tərəfdaşlıqdan tərəqqiyə" şüarı ilə Təhsilin İnkişafı Forumu keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun