Rusiya ordusuna qoşulmuş azərbaycanlı həlak oldu

9 Oktyabr 2024 09:46

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Lənkəranın Mamusta kəndindən olan, Rusiya ordusunun sırasında müharibədə iştirak edən 1984-cü il təvəllüdlü Hüseynov Şahmar Ataman oğlu həlak olub.

Mərhumun cənazəsi bu gün Mamusta kəndinə gətirilərək dəfn ediləcək.  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun