16:37
Müğənni Damla ötən gün müzakirə olunan toy obrazından danışıb.
Milli.Az xəbər verir ki, bu barədə sənətçi olay-a açıqlama verib. Damla deyib ki, ünvanına yazılan neqativ şərhləri normal qəbul edir:
"Normal qəbul edirəm. Olmalıdır. Adi haldır. Sadəcə baxıb keçirəm. Bu mövzunu yazmaq, şişiritmək istəmirəm. Sadəcə maraqlı bri görtüntü idi. Belə qərara gəldik, belə də geyindik. Pis görmək istəyən pis görür, yaxşı görmək istəyən yaxşı. Pis baxanları da qınamıram, yaxşı yazanların da altında nəsə məqsəd güdmürəm. Normaldır".
Qeyd edək ki, Damla səhnə aldığı toy məclisi üçün maraqlı "look" yaradıb. O, ağ şort və eyni rəng köynək, ayaqqabı ilə yaratdığı kombinasiya üçün maraqlı parik seçib. Onun bu görüntüsü sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Əksəriyyət bu tərzin Damlaya yaraşmadığını qeyd edərək tənqid edib.
----------
10:37
"Damla" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova geyimi ilə yenə də gündəmə səs salıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, toy məclisinə fərqli qısa saç düzümü, üzərinə isə ağ uzun qol köynək, qısa şort və eyni rəngdə uzun dəri çəkmələr geyinən sənətçinin qalmaqallı obrazı müzakirələrə səbəb olub.
Damlanın bu imici sosial şəbəkəyə yayıldıqdan sonra izləyiciləri qəzəbləndirib.
İfaçının geyiminin toya uyğunsuz və zövqsüz olduğunu hesab edən sosial şəbəkə əhli Damlanı yazdıqları şərhləri ilə tənqid ediblər.
Qeyd edək ki, həmin görüntüləri jurnalist Şahin Cavadsoy sosial şəbəkə hesabında paylaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun