Bakıda sərnişin avtobusu piyadanı vurdu

9 Oktyabr 2024 09:16

Bakının Xəzər rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Mərdəkan qəsəbəsində baş verib.

Belə ki, 1956-ci il təvəllüdlü Böyükxanım İldırım qızı Rzayeva yol kənarında olarkən sərnişin avtobusu onu vurub. Qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun