Bakıda güclü yanğın: Binada yaşayanlar arasında tanınmış şəxs də var

9 Oktyabr 2024 09:02

Paytaxtın Xətai rayonu, Ramiz Qəmbərov ünvanında avtomobil təmiri sexinin ərazisində güclü yanğın olub.

Sakinlərin titul.az -a verdiyi məlumata görə, hadisə yaşayış binasının yaxınlığında baş verib. Məlumata görə, yanğın 25 dəqiqədir davam edir. Artıq əraziyə FHN əməkdaşları cəlb edilib.

Sözügedən binada yaşayanlar arasında tanınmış aktrisa Könül Yusifqızı da var. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun