İsrail “Hizbullah”a şərt qoydu

9 Oktyabr 2024 09:26

İsrail Livan cənubunda atəşkəs rejiminin tətbiqi üçün şərt olaraq "Hizbullah" hərəkatının silahlarını təhvil verməsini və qüvvələrini iki ölkənin sərhədindən şimala çəkməsini tələb edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" Fransa diplomatik mənbələrinə istinadən məlumat yayıb.

"İsrail Livanda atəşkəs müqabilində "Hizbullah"dan silahlarını yerə qoymağı və Litani çayının şimalına çəkilməsini tələb edir", - deyə qeyd olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun